http://doi.org/10.58225/sw.2023.2-20-25

MÜASİR ŞƏHƏRLƏRİN MEMARLIĞININ KOMPLEKS İNKİŞAFINDA LANDŞAFT AMİLİNİN ROLU

Həsənova Fərəcova Kəklik Əlihəsən qızı-m.ü.f.d., dosent, Memarlıq Layihələndirilməsi və Şəhərsalma kafedrası, AzMİU, hasanovafarajovakaklik@gmail.com

Annotasiya. Məqalədə müasir şəhərlərin memarlığının kompleks inkişafında landşaft amilinin rolu, landşaft memarlığının ekoloji vəziyyətə təsiri, sağlam və estetik keyfiyyətlərə malik şəhərlərin formalaşma prinsipləri tədqiq olunur. Tədqiqat əsnasında landşaft memarlığı nümunələrinin müxtəlif iqlim şəraitinə malik ərazilər, şəhərlərin salınması və ya inkişaf prosesində qoyulan ekoloji tələblərə təsiri müəyyən olunmuşdur. Təhlillərin nəticəsi olaraq müasir şəhərlərin funksional zonalarının layihələndirmə prosesində əsas amillər təyin olunmuşdur. Növbəti illərdə müasir şəhərlərin baş planına landşaft amilinin müsbət təsirinin artırılması istiqamətində dominant məqamlar müəyyən edilmişdir. Tədqiqat sonunda belə nəticəyə gəlirik ki, müasir şəhərlərin sosial-iqtisadi, mədəni-tarixi baxımdan inkişafı üçün çoxfunksiyalı, müasir göstəricilərə uyğun və geniş sahəli landşaft memarlığı nümunələrinin layihələndirilməsi vacibdir amillərdən biridir.

Açar sözlər: müasir şəhərlər, landşaft memarlığı, şəhər əhalisi, ekoloji vəziyyət, memarlıq elementləri

;