http://doi.org/10.58225/sw.2023.2-15-19

VİZUAL ÜNSİYYƏT SƏNƏTİNİN TƏKAMÜL VƏ TƏSİRİ, DİZAYN DÜŞÜNCƏSİ

Bədəlova Firuzə Tofiq qızı- müəllim, Qrafik və media dizaynı kafedrası, AzMİU, f.badalova.84@mail.ru

Annotasiya. Vizual ünsiyyət gözlə görə biləcəyimiz ətraf mühitin və insanların bir-birinə hərəkətlər vasitəsilə ötürdüyü məlumatdır. Vizual təsvir hal-hazırda olmayan xəyali təsvirin yaratdığı emosiyadır. Vizual ünsiyyət obrazlardan, ünsiyyətdən və müşahidə yolu ilə alınan informasiya növüdür. Vizual informasiya mesaj çatdırmaq, emosiya oyatmaq üçün geniş istifadə olunan ünsiyyət vasitəsidir.Müasir dövrdə fəaliyyət sahələrinin bir çoxunda vizual ünsiyyət həmişəkindən daha önəmli rol oynayır. Vizual ünsiyyət vasitəsilə kommunikasiya və qrafik dizayn sahələrinin cəmiyyət tərəfindən daha yaxşı qəbul olunmasının şahidi oluruq. Vizual ünsiyyətin müxtəlif məkan tiplərində tətbiq və təsirini ictimiyyət tərəfindən bir mənalı qarşılanmır. Vizual ünsiyyət, işarələr, tipoqrafiya, rəsm, qrafik dizayn, illüstrasiya, sənaye dizaynı, reklam, animasiya və elektron resurslar kimi böyük bir sahəni əhatə edən (lakin bunlarla məhdudlaşmır) ideya və məlumatların ötürülməsi üçün: sosial media, mədəniyyət, siyasət, iqtisadiyyat və elm, reklam və video çarxlar, tədris və təlim, istehsalatda çıxışlar və təqdimatlar və s. vizual ünsiyyət mesajları çatdıran əyani vəsaitləri əhatə edir və əsas mövqedə durur. Geniş aspektdə müxtəlif vizual elementləri nəzərə alaraq məlumatların ötürülməsi, eləcə də mühüm rol oynamasının şahidi oluruq.

Açar sözlər: qrafik dizayn, işarələr, vizual ünsiyyətin, vizual təsvir, illüstrasiyalar, dizayn, loqo

;