http://doi.org/10.58225/sw.2023.2-5-9

 

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN MEMARLIQ İRSİNİN QORUNMASINDA ROLU

Abdullayeva Nigar Azər qızı– doktorant, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, AzMİU, aliyeva_88@hotmail.com

Annotasiya. Ümummilli lider H. Əliyevin hakimiyyətdə olduğu dövrlərdə, məhz birbaşa səyləri nəticəsində tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin bərpası və qorunması istiqamətində zəruri tədbirlər görülmüşdür. Onun müxtəlif illərdə verdiyi müvafiq fərmanları ilə Bakıda İçərişəhər, Şuşa, Şəki, Ordubad şəhərləri, Bakının Nardaran kəndi,Gəncədə Nizami Gəncəvinin Məqbərə Kompleksi, İsmayıllı rayonunun Lahıc qəsəbəsi, Qax rayonunun İlisu və Şəki rayonunun Kiş kəndləri, Ordubad rayonundakı Qaraçay çayının vadisi, Çıraqqala və qədim Şabran qoruq elan edilmişdir. Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə əks edən 2000-ci ildə İçərişəhərin Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birgə YUNESKO-nun maddi irs siyahısına daxil edilməsi də böyük tarixi hadisə idi.

Açar sözlər: memarlıq abidələri, mədəni irs, rekonstruksiya, milli özünəməxsusluq, memarlıq obrazı

;