MÜASİR VERGİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Mustafayev Rəşad Arzuman oğlu- doktorant, Azərbaycan Kooperasiya Universiteti, resad_320_m@mail.ru 

Xülasə. Vergi siyasətinin dövlət büdcəsinin gəlirlərinin formalaşmasındakı rolu və müasir vergi siyasətinin əsas istiqamətlərinin təhlil olunması. Vergi planlaşdırmasının etibarlı metodunun yaradılması büdcənin tərtibi prosesinin təkmilləşdirilməsi istiqamətlərindən biridir.Vergi siyasəti eyni zamanda, qanunvericilik sənədlərində nəzərdə tutulmuş müddəalara uyğun olaraq vergilər və ödənişlər haqqında zəruri məsələləri əhatə edir. Bu baxımdan büdcə dayanıqlığının təmin edilməsi səmərəli vergi siyasətinin yaradılmasını tələb edir. Vergi tənzimlənməsi biznes subyektinin maliyyə fəaliyyətinin uğurunun əsas komponenti kimi çıxış edir. Onun əsas məqsədi vergi güzəştləri və üstünlüklərindən istifadə, vergi rejimlərinin və vergitutma obyektlərinin düzgün seçilməsi əsasında qanuni üsullarla vergi ödənişlərini minimuma endirmək, uçot siyasəti elementlərinin formalaşdırılması və istifadəsi üzrə savadlılıq kimi məsələləri əhatə edir. Müasir vergi siyasəti tətbiq edilən vergi növlərinin müxtəlifliyində, vergi dərəcələrində, vergi ödəyiciləri və vergitutma obyektləri dairəsinin yaradılmasında, vergi güzəştlərinin tətbiqində öz əksini tapır. 
Açar sözlər: vergi, büdcə, gəlir, tənzimləmə, proqnozlaşdırma

;