BANKLARIN KREDİT XİDMƏTİNİN TƏŞKİLİ 
 

Quliyeva Cahan Niftalı qızı- müəllim, İqtisadi nəzəriyyə və marketinq kafedrası, AzMİU, cahan.quliyeva0901@mail 

Xülasə. İstehsalın fasiləsizliyinin təmin edilməsində, pul dövriyyəsinin və onun hərəkətinin tənzimlənməsində, eyni zamanda geniş təkrar istehsalın mliyyələşdirilməsində kredit sistemi böyük əhəmiyyətə malikdir. Təqdim edilən məqalədə kommersiya banklarının təşkili qaydaları ilə bərabər, müasir şəraitdə onların fəaliyyətlərinin xüsusiyyətləri öz əksini tapıb. Müasir banklar tərəfindən tətbiq edilən əməliyyatlar və göstərilən xidmətlər, xüsusilə əmanət və depozitlərin banklara cəlb edilməsi, müxtəlif kredit xidmətlərinin göstəriməsi, valyuta bazarı və valyuta əməliyyatları, qiymətli kağızlarla əməliyyatlar, lizinq, trast, faktorinq əməliyyatları, nağd və nağdsız hesablaşmaları, kassa əməliyyatları və s. əməliyyat və xidmətlərin təşkili və tətbiqi qaydaları və xüsusiyyətlərinin ətraflı qeyd edilməsi mühüm əhəmiyyət kəsb edir. 
Açar sözlər: fondların dövranı, pul vəsaiti, depozit, cari hesab, xarici kredit

;