http://doi.org/1058225/sw.2023.2-113-116

ZƏLZƏLƏYƏDAVAMLIQ SAHƏSİNDƏ NORMATİV SƏNƏDLƏRİN İŞLƏNİLMƏSİ İLƏ BAĞLI BƏZİ MƏSƏLƏLƏR HAQQINDA

Qarayev Abdı Nazim oğlu- t.ü.f.d., Azərbaycan İnşaat və Memarlıq Elmi- Tədqiqat İnstitutunun direktoru, azimeti@arxkom.gov.az

Canmirzəyev Ağamirzə Ağababa oğlu- Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Texniki normalar və lisenziya şöbəsinin müdiri

Xülasə. Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi seysmik təhlükəliliyin ehtimal qiymətləndirilməsi metodu əsasında işlənmişdir. Seysmik təhlükəliliyin ehtimal qiymətləndirilməsi metodunun zəif tərəflərindən biri ərazinin seysmik şəraitinin xüsusiyyətlərinin nəzərə alınmamasıdır. Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi seysmik təhlükəliliyin ehtimal qiymətləndirilməsi metodu əsasında işlənmişdir. Seysmik təhlükəliliyin ehtimal qiymətləndirilməsi metodunun zəif tərəflərindən biri ərazinin seysmik şəraitinin xüsusiyyətlərinin nəzərə alınmamasıdır. Xəritədə zəlzələlərin 100, 1000 və 10000 ildən bir təkrarlanması prinsipi əsas tutularaq seysmik bal 1, 2 və 3 indeksləri ilə göstərilir. aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında qüvvədə olan normativ sənədlərin yenidən işlənilərək aktuallaşdırılması yolu ilə Azərbaycan Respublikasının şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin formalaşdırılması işləri davam etdirilir.

Açar sözlər: seysmik zona, zəlzələyədavamlılıq, normativ sənədlər, seysmik yük

;