TİKİNTİ İŞLƏRİ APARILACAQ SAHƏLƏRDƏ ZƏLZƏLƏNİN TƏSİRİNDƏN QRUNTLARIN FİZİKİ-MEXANİKİ XÜSUSİYYƏTLƏRİNİN ANOMAL DƏYİŞMƏLƏRİNİN NƏZƏRƏ ALINMASI ÜSULLARI 

Qarayeva Nigar- elmi işçi, Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutu, azimeti@arxkom.gov.az 

Xülasə. Həll olunan məsələlər tikinti aparılacaq əraziyə vizual baxış keçirmək və ekoloji təhlükə (sürüşmə, çökmə, uçqun və s.) ehtimal olunan amilləri müəyyənləşdirmək, tikinti aparılacaq ərazidə mühəndisi geolojigeofiziki kəşfiyyat işlərini aparmaqla 100-150 m dərinlik üzrə layların geoloji quruluşunu və onları təşkil edən qruntun litoloji tərkibini öyrənmək, layların əsas ayırıcı sərhədlərini müəyyənləşdirmək, dərinlik üzrə seysmik kəsilişlərin qurulması, laylı mühitin seysmik xüsusiyyətlərinin öyrənilməsi, geofiziki (seysmik, elektrik, maqnitometrik və qravimetrik) üsullarla tikinti aparılacaq sahənin geoloji-tektonik şəraitinin öyrənilməsi, tikinti aparılacaq ərazidə layların geofiziki məlumatlar əsasında 3D modelini qurmaq, tikinti aparılacaq ərazinin seysmik rayonlaşma vəmikroseysmik rayonlaşma xəritələri əsasında neçə ballıq (MSK-64 şkala əsasında) zonada yerləşdiyini təyin etmək, tikinti aparılacaq ərazidə qruntun mexaniki xüsusiyyətlərini müəyyənləşdirmək, Ərazinin müasir ekoloji təhlükəsizlik şəraitinin qiymətləndirilməsi və tikinti normaları nəzərə alınmaqla layihənin hazırlanması. 
Açar sözlər: seysmik kəsilişlər, layların geoloji quruluşu, qruntun litoloji tərkibi, geofiziki üsullar (seysmik, elektrik, maqnitometrik və qravimetrik), layların 3D modeli, seysmik rayonlaşma və mikroseysmik rayonlaşma xəritələri, tikinti normaları

Məqalə INTERNATIONAL CONGRESS ON ADVANCED EARTHQUAKE RESISTANT STRUCTURES (AERS2023) adlı konfrans materialıdır.

;