ŞUŞA ŞƏHƏRİNİN YENİDƏN QURULMASI PRİNSİPLƏRİ

Authors

  • Yegana Hajiyeva Author

DOI:

https://doi.org/10.58225/bn98c928

Keywords:

Şuşa, memarlıq abidələri, şəhərsalma problemləri

Abstract

Xülasə. İşğaldan azad olunmuş şəhərlərimiz üçün beynəlxalq praktikaya nə qədər müraciət və istinad
edəcəyimiz bu gün sual altındadır. Əgər II dünya müharibəsi timsalını götürsək Avropa şəhərlərinin
ən uzağı 5 il ərzində dağıntılara məruz qaldığını görəcəyik. Yaponiyanın bu tarixi şəraitdə də çox az
bir zaman kəsiyində yerlə yeksan-tam dağılmış şəhərlərinin bərpasının tarixinin də şahidi olmuşuq.
Lakin, keçən əsrin 90-cı illərində I Qarabağ müharibəsi dövründə baş vermiş müharibə fəsadları
sonralar şəhərlərimiz üzərində 30 ilə yaxın müntəzəm dağılma ilə nəticələnmişdir. Bu illər arzində 2
regionumuzu bütünlüklə əhatə edən şəhərsalma problemlərinin həlli bizdən çox geniş və müddətli
bərpa və yenidənqurma prinsiplərinə fərdi şəhərsalma yanaşması tələb edəcəkdir. Ümumilikdə
qarşımızda aşağıdakı təxirəsalınmaz işlərə start verilməsini tələb edir:
1) İşğaldan əvvəl bu regionların ərazi və əhali sayı haqqında yeni təhlil və hesabatlar aparılmalıdır.
2) “Böyük qayıdış” prosesində potensial əhali sayının statistik məlumatları nəzərə alınmalıdır.
3) Şəhərlərin işğaldan əvvəlki şəhər təyinatları – dayaq, altmərkəzlər və s. yenidən təhlil olunmalıdır.
Çünki, hər bir region, rayon şəhər planlaşdırılması öz layihə prosesinin başlanılmasında ilkin olaraq
əhali sayına istinad edir. Regionun öz daxilində kənd və şəhər ərazilərində vahid iqtisadi bazanın
yaradılması, torpaqlardan səmərəli istifadə, məhsuldar qüvvələrin bərabər paylanması prosesi üçün
bu statistik məlumatın çox böyük önəmi vardır

Downloads

Published

2025-03-05